FİFA bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təqvimində dəyişiklik edib.
"Unikal" xəbər verir ki, turnir Seneqal və Niderland millisinin oyunu ilə başlayacaq. Matç noyabrın 21-i Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Bundan əvvəl isə ilk matç Qətərlə Ekvador arasında olmalı idi. Ənənəyə görə, dünya çempionatının açılış matçını ev sahibi ölkə açmalı idi.
Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.