Rusiya Ukraynanın cənub və şərqindən başqa bütün ərazilərindən çəkiləcək və şərtləri diktə etmək üçün orada mövqe qazanmağa çalışacaq.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
Onun sözlərinə görə, Ukraynada kiminsə gözlədiyi kimi “əfqanlaşma” və uzun, yorucu münaqişə olmayacaq.
“Rusiya Federasiyası cənub və şərqdən başqa bütün əraziləri tərk edəcək, orada hava hücumundan müdafiə sistemini qurmağa, itkiləri kəskin şəkildə azaltmağa və şərtləri diktə etməyə çalışacaq. Rus qoşunlarını həmin ərazilərdən uzaqlaşdırmaq üçün Ukraynaya ağır silahlar lazımdır”, - Podolyak qeyd edib.