Bu gün Qaradağ rayonunun bütün qəsəbələrində iməclik keçirilib.
"Unikal" xəbər verir ki, Qaradağ rayonunda əsas magistral yol boyunca olan ərazidə və rayonunun qəsəbələrinin ərazilərində növbəti iməcilik təşkil edilib.
İməcilikdə idarə-müəssisələrin rəhbərləri və əməkdaşları, sahibkarlar, təsərrüfat xidmətlərinin işçiləri insanın iştirak edib. Ağacların əkini üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənib, əkiləcək ağacların və digər yaşıllıqların suvarılması üçün su xətləri çəkilib. Rayonun ərazisində 200-dən çox yeni ağac əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Qaradağ rayonun küçələrində səki kənarları, səkilər və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulub, zədələnmiş ağaclar budanıb, digər təmizlik və dezinfeksiya işləri görülüb. Eyni zamanda rayonda fəaliyyət göstərən sahibkarlara obyektlərində təmizlik işləri aparmaqla obyektlərin pəncərələrinin yuyulması və digər dezinfeksiya işlərinin aparılması tövsiyə olunmuşdur. Bundan başqa ərazidə zibilliklər yığışdırılıb.
Ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasəti prioritet məqsədlərindən biridir. Son illər ərzində Azərbaycanda yaşıllaşdırılma və ətraf mühitin sağlamlaşdırılması ilə bağlı davamlı tədbirlər həyata keçirilir, geniş abadlaşdırma işləri görülür, ölkə şəhərlərində yaşıllaşdırma səviyyəsi getdikcə artır.
Bu gün keçirilən iməcilikdə yol boyunca əkilən yeni ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
Mövsüm ərzində Qaradağ rayonunun yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.