Azərbaycan yunan-Roma güləşçisi Murat Lokyaev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
"Unikal" xəbər verir ki, 97 kq çəki dərəcəsində rəqib avstriyalı Daniel Kastl olub. Rəqibinə 1:4 hesabı ilə uduzan Lokyayev 5-ci yeri tutub.
Beləliklə, yunan-Roma güləşi üzrə Azərbaycan yığması Avropa çempionatını 2 qızıl, 1 gümüş, 5 bürünc medalla başa vurub. Milli komanda üzvlərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıb.