Cənubi Asiyada yerləşən Şri-Lankada genişmiqyaslı etirazlar keçirilib.
"Unikal"ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, kütləvi iğtişaşlar nəticəsində bütün nazirlər istefa verib.
Nazirlər artıq istefalarını Baş nazir Mahinda Rajapaksa təqdim ediblər. Yekun qərar prezident Qotabay Rajapaksa tərəfindən veriləcək.
Xatırladaq ki, Şri-Lanka ağır iqtisadi vəziyyət fonunda genişmiqyaslı etiraz aksiyaları keçirilir. Prezident ölkədə fövqəladə vəziyyət elan edib, komendant saatı tətbiq edib və bütün sosial şəbəkələrə girişi məhdudlaşdırıb.