Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ukraynanın müdafiə naziri Oleksii Reznikov ilə telefonla danışıb.
"Unikal" xəbər verir ki, bu barədə "Haber Global" məlumat verib.
Türkiyə Müdafiə Nazirliyindən görüşlə bağlı edilən yazılı açıqlamaya görə, nazirlər arasında Mariupoldan təxliyə və humanitar yardımların çatdırılması ilə bağlı fikir mübadiləsinin aparılıb.
Akar atəşkəsin ən qısa zamanda elan edilməsinin vacibliyini vurğulayıb. O, Türkiyənin Ukraynaya humanitar yardım üçün üzərinə düşəni etməyə davam edəcəyini bir daha bildirib.
Ağarza Elçinoğlu