Futbol üzrə Türkiyə Super Liqasında XXXI turun mərkəzi görüşü "Trabzonspor" və "Beşiktaş" komandaları arasında keçirilib.
"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.
56-cı dəqiqədə meydan sahiblərindən Andreas Kornelius hesabı açıb. 68-ci dəqiqədə Mişi Batşuayi penaltini dəqiq yerinə yetirə bilməsə də, 71-ci dəqiqədə komanda yoldaşı Valentin Rozye bərabərliyi təmin edib. 80-ci dəqiqədə isə Kayl Larin qırmızı vərəqə alaraq, qonaqları azlıqda qoyub.
Bununla da xallarını 71-ə çatdıran "Trabzonspor" 1-ci, 47 xala malik "Beşiktaş" 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu, "Beşiktaş"ın yeni baş məşqçi Valerien İsmaelin rəhbərliyi altında ilk matçı olub.