Aralıq dənizində qayıq qəzası nəticəsində 90-dan çox miqrant ölüb.
"Unikal" xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı “Twitter“ səhifəsində paylaşım edib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib ki, hadisə bir neçə gün əvvəl baş verib.
Təxminən 100-ə yaxın insan həddindən artıq dolu qayıqla Liviyadan Avropaya yola salınıb.
Aralıq dənizini keçərkən qəza baş verib.
Qayıq qəza siqnalı verdikdən sonra ticarət gəmisi köməyə gəlib.
Hadisə nəticəsində 4 nəfər sağ qalıb.
Sağ qalanların dörd gün dənizdə qaldığı bildirilib.