Filippinin Mindanao adası sahillərində 4,7 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, yeraltı təkanların episentri Bayabas bələdiyyəsindən (Cənubi Suriqao əyaləti) 66 kilometr cənub-qərbdə, ocağı isə 1 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.