Rusiya Ukraynanın işğalı səbəbindən tətbiq edilən sanksiyalar aradan qaldırılana qədər Beynəlxalq Kosmik Stansiya (BKS) ilə əməkdaşlığı dayandıracağını açıqlayıb.
"Unikal" xəbər verir ki, Rusiya Kosmik Agentliyinin “Roskosmos” rəhbərinin sözlərinə görə, bundan sonra NASA və Avropa Kosmik Agentliyi də daxil olmaqla tərəfdaşları ilə orbital laboratoriyada işləməyəcək.
Rəhbər Dmitri Roqozin Tvitter hesabında bildirib ki, o, Kremlə mövcud layihələrin başa çatması üçün qrafik təqdim edəcək.
BKS-də olan astronavtların əksəriyyəti hazırda Rusiya Soyuz uçuşları ilə Yerə qayıdır.
Gülayə Mecid