Rusiya millisinin sabiq futbolçusu Aleksandr Səmədov Moskva "Lokomotiv"indən ayrılıb.
"Unikal" xəbər verir ki, bu barədə əslən azərbaycanlı veteran yarımmüdafiəçi "Championat" nəşrinə açıqlama verib.
O, gənclər komandasının baş seleksiyaçısı vəzifəsindən azad edildiyini bildirib. Səmədov əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verildiyini söyləyib.
38 yaşlı mütəxəssis bu posta 2021-ci ilin yanvarında təyinat almışdı.