Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
"Unikal" xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Gecənin maraqla gözlənilən matçı İngiltərədə turnirin son qalibi "Çelsi" ilə İspaniya "Real Madrid"i arasında keçiriləcək. Görüşü fransalı FIFA referisi Kleman Türpen idarə edəcək.
Meydan sahiblərinin heyətində yeganə itki Ben Çiluellin zədəli olmasıdır. Qonaqlardaт isə 3 futbolçu - İsko, Eden Azar və Luka Yoviç zədə səbəbindən oynamayacaq.
Gecənin digər matçında Almaniya "Bavariya"sı İspaniyada turnirin sürpriz komandası "Vilyarreal"ın qonağı olacaq. La Liqa təmsilçisi əvvəlki raundda İtaliya nəhəngi "Yuventus"u mübarizədən kənarlaşdırmaqla sensasiyaya imza atıb. Görüşün baş hakimi ingiltərəli Entoni Teylor olacaq.
Unay Emerinin baş məşqçi olduğu kollektivdə itki yoxdur. Münhen təmsilçisi isə Erik Şupo-Motinq və Korenten Tolissonun xidmətindən yararlana bilməyəcək. Hər iki oyunçu zədədən əziyyət çəkir.
Komandalar arasında cavab oyunları aprelin 12-də olacaq.
UEFA Çempionlar Liqası, 14 final
İlk oyunlar
6 aprel
23:00. "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya)
Baş hakim: Kleman Türpen (Fransa)
23:00. "Vilyarreal" (İspaniya) - "Bavariya" (Almaniya)
Baş hakim: Entoni Teylor (İngiltərə)
Qeyd edək ki, 1/4 finalın ilk iki oyununda İngiltərə təmsilçilərindən "Mançester Siti" evdə İspaniyanın "Atletiko" (Madrid) klubuna 1:0 hesabı ilə qalib gəlib, "Liverpul" isə Portuqaliyada "Benfika"nı məğlub edib - 3:1.