Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 273 yoluxma halı qeydə alınıb, 1 nəfər ölüb.

"Unikal"ın xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 650 981, ölənlərin sayı isə 16 766 nəfərə çatıb.

Virusa yoluxanlardan 1 630 654 nəfərin sağaldığı bildirilib.