Təhlükəsizliyi təmin etmək məqsədilə Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarında uçuşlar dayandırılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako açıqlayıb.

Bildirilib ki, adıçəkilən hava limanları hazırda müvəqqəti olaraq uçuşları qəbul etmir və göndərmirlər.

Yanvarın 11-də səhər saatlarında Krasnodara pilotsuz təyyarələrin kütləvi hücumu olub. Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri bir gecədə Rusiya ərazisi üzərində 85 PUA vurub.

Ağarza Elçinoğlu