"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi yaxın vaxtlarda Avropa klublarından birinə qayıda bilər.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Amerika klubu argentinalı ilə müqaviləni uzatmaq niyyətindədir, həmçinin oyunçunun 2025-ci ilin sonu və 2026-cı ilin əvvəli arasında Avropa klubuna icarəyə verilməsinə icazə verən variant da nəzərdən keçirilir.
Bu yolla Messi 2026-cı il dünya çempionatına hazırlıq çərçivəsində MLS-də mövsümlərarası fasilədə formada qala biləcək.
Messinin "İnter Mayami" ilə hazırkı müqaviləsinin bu ilin sonunda başa çatması planlaşdırılır. Daha əvvəl klub 37 yaşlı futbolçu ilə müqaviləni ən azı bir il uzatmağa hazır olduğunu açıqlamışdı.
Ağarza Elçinoğlu