Yanvarın 4-də saat 00:20 radələrində 1995-ci il təvəllüdlü 1 nəfər (qadın cinsli) dəqiqləşdirilməmiş meningit diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, vəziyyəti ağır qiymətləndirilən şəxsə bütün zəruri tibbi müdaxilələrin göstərilməsinə baxmayaraq, yanvarın 10-da saat 09:40-da ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, mətbuatda qadının zəhərlənib ölməsilə bağlı məlumatlar yayılıb.