Azərbaycan Serbiyaya qaz verə bilməyəcəyi ilə bağlı xəbərdarlıq edib.
"Unikal" xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç bildirib.
O, ABŞ dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Riçard Verma ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib: "Biz azərbaycanlı qardaşlarımızdan və dostlarımızdan bildiriş aldıq ki, daha yüksək güclər və “Şahdəniz” yatağındakı problemlər səbəbindən bu gündən aldığımız gündəlik 1,7 milyon kubmetr qazın verilişi dayandırılacaq".
Vuçiç həmçinin bildirib ki, qazın nə vaxt bərpa olunacağı məlum deyil.
Ağarza Elçinoğlu