Ukraynanın işğalı zamanı rus hava-desant alayı ağır itki verib.
"Unikal" Ukrayna mətbuatına istinadən xəbər verir ki, döyüşlərdə alay komandiri Konstantin Zizevski də daxil olmaqla 55 nəfər öldürülüb.
Dəfn mərasimlərində Stavropolda yerləşən 247-ci qvardiya hava desant-hücum edən Qafqaz kazak alayının hərbi qulluqçularının 55 fotoşəkili nümayiş etdirilib.
Bildirilib ki, alay komandiri və kiçik zabitlərdən başqa, kəşfiyyat rotasının komandiri Aleksandr Lısenko, tank briqadasının komandiri Nurməhəmməd Hacıməhəmmədov və digər işğalçılar Ukraynadan sağ qayıtmayıblar.
Qeyd edək ki, onlardan bəzilərinin ölümünü Rusiya hakimiyyəti rəsmi şəkildə açıqlamağa məcbur olub, Rusiya prezidenti onlara Rusiya Qəhrəmanı adını verib.
Ağarza Elçinoğlu