Rus işğalçıları Ukrayna hərbi mövqelərini kəşf etmək üçün azyaşlı ukraynalı uşaqlardan istifadə edirlər.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti bildirir.
Qeyd olunur ki, Xarkovda işğalçılar "Telegram" messencerində azyaşlı ilə əlaqə yaradıblar. Ruslar Ukrayna Silahlı Qüvvələrinin şəhərdəki mövqeləri haqqında məlumat üçün pul ödəyəcəklərinə söz veriblər.
Oxşar hadisə Luqansk vilayətində də baş verib. 2 rus əsgəri 16 yaşlı oğlana Ukrayna qoşunlarının yeri və marşrutları haqqında məlumat müqabilində pul təklif ediblər.
"Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində oğlanların düşmənə məlumat ötürməyə vaxtları olmayıb", - məlumatda deyilir.
Ağarza Elçinoğlu