Türkiyə Qara, Egey və Aralıq dənizlərində “Mavi Vətən-2022” irimiqyaslı hərbi təlimlər keçirir.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Təlimdə 122 gəmi, 41 aviasiya qrupu, dəniz piyadaları və desant qrupları, sualtı müdafiə və sualtı hücum bölmələri, jandarma, sahil mühafizəsi və digərlərinin cəlb olunduğu sahil bölmələri iştirak edir", - məlumatda deyilir.
"Mavi Vətən-2022" təlimlərinə cəlb olunan qüvvə və vasitələrin infoqrafikasından da göründüyü kimi, müxtəlif tipli və sinifli gəmilər, təyyarələr, helikopterlər, həmçinin PUA və sualtı qayıqlar iştirak edir.
Təlim üç mərhələdə keçiriləcək və aprelin 21-dək davam edəcək.
Gülayə Mecid
1⃣ Deniz Kuvvetlerimizin 11-21 Nisan 2022 tarihleri arasında Karadeniz, Ege Denizi ve Doğu Akdeniz’de icra edilmesi planlanan Mavi Vatan-2022 Tatbikatı başladı.#MSB pic.twitter.com/khM4C7ACLu
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) April 11, 2022