Bu gün Rusiya ilə Ukrayna arasında başlayan müharibənin 48-ci günü tamam olur. Müharibə başlayan tarixdən bu günə kimi ən çox zərər görənlər siyahısında uşaqlar və qadınlar hər zaman yer alıb.
"Unikal" BBC-yə istinadən xəbər verir ki, Rusiya tərəfindən amansız zülmlərə məruz qalan yüzlərlə qadından biri də 50 yaşlı Annadır( ad şərtidir). O, Kiyevdən 70 km qərbdə yerləşən sakit, kənd məhəlləsində yaşayır.
BBC-nin hazırladığı xüsusi reportajı sizə təqdim edirik:
Anna martın 7-də əri ilə evdə oturduqları zaman çeçen əsgər içəri daxil olub.
“Silah gücü ilə məni yaxınlıqdakı evə apardı. O, mənə əmr etdi: “Paltarını çıxar, yoxsa səni güllələyəcəm”. Dediyi kimi etməsəm məni öldürməklə hədələyirdi. Sonra da məni zorlamağa başladı. O, məni zorlayarkən içəriyə daha 4 əsgər girdi. Düşündüm ki, artıq işim bitdi, məni öldürəcəklər. Lakin o, təcavüzdən sonra çıxıb getdi. Onu bir daha görmədim", - deyə qadın başına gələnlərdən bəhs edib.
Sonra Anna evə qayıtdığını və ərinin qarnından güllə yarası aldığını görüb:
"O, məni xilas etmək üçün arxamca qaçdı, lakin çeçen hərbçi onu vurdu. Müharibə səbəbindən ərimi xəstəxanaya apara bilmədim. İki gün sonra o, aldığı gülləyarasından dünyasını dəyişdi",- deyə Anna qonşuları ilə ərini evlərinin həyətyanı sahəsində basdırdıqları ifadə edib.
Anna deyir ki, ukraynalı qadınlara təcavüz edən əsgərlərin böyük əksəriyyəti narkotik asılılığından əziyyət çəkənlərdir:
"Onlar gedəndə mən narkotik və viaqra tapdım. Əsgərlər sərxoş idilər. Əksəriyyəti qatillər, təcavüzkarlar və talançılardır".
Annanın qonşuları 40 yaşlı qadının zorlanaraq öldürlüyünü deyir:
"O, evindən çıxarılıb və müharibə başlayanda sakinləri evakuasiya edilmiş yaxınlıqdakı evin yataq otağında saxlanılıb. Əsgərlər oradan getdikdən sonra biz həmin evə getdik. Döşək və yorğan üzərində böyük qan ləkələri var idi. Bir küncdə güzgü var idi və üzərində dodaq boyası ilə yazılmış bir qeyd - "Naməlum şəxslər tərəfindən işgəncə edilib, rus əsgərləri tərəfindən basdırılıb"".
Annanın qonşusu Oksana deyir ki,qadının cəsədini rus əsgərləri orada qoyub, onu qonşuları dəfn edib.
"Rus əsgəriləri mənə dedi ki, o, çeçenlər tərəfindən təcavüzə məruz qalıb, boğazı ya kəsilib, ya da bıçaqlanıb. Elə ona görə də qanaxmadan ölüb”.
Biz qadını evinin bağçasında dəfn etdik:
"Bir gün sonra polis işi araşdırmaq üçün onun cəsədini eksqumasiya etdi. Meyit dərin, uzun boynu kəsilmiş vəziyyətdə idi".
Kiyev vilayətinin polis rəisi Andrey Nebytov paytaxtdan 50 km qərbdə yerləşən kənddə araşdırdıqları başqa bir işdən danışıb:
"Üç nəfərdən ibarət ailə - otuz yaşlarında bir cütlük və onların azyaşlı uşağı kəndin kənarındakı evdə yaşayırdılar. Martın 9-da Rusiya ordusunun bir neçə əsgəri evə daxil olub.Kişi arvadını və övladını qorumağa çalışıb. Ona görə də onu həyətdə güllələyiblər", - Nebytov bildirib.
"Bundan sonra iki əsgər dəfələrlə arvadını zorlayıblar. Gedirdilər, sonra qayıdırdılar. Üç dəfə geri qayıdıb, qızı zorlayıblar. Hədələyiblər ki, müqavimət göstərsə, balaca oğluna zərər verəcəklər. Uşağını qorumaq üçün müqavimət göstərməyib. Əsgərlər gedəndə evi yandırıb, ailənin itlərini də güllələyiblər.
Qadın oğlu ilə birlikdə qaçıb, daha sonra polisə müraciət edib. Polis deyir ki, onun komandası onunla görüşüb və onun ifadəsini qeydə alıb.
Öldürülən əri isə qonşular bağçada basdırıblar. Hazırda polis onun meyitini ekspertiza üçün çıxarıb. Onlar işi beynəlxalq məhkəmələrə verməyi planlaşdırırlar".
Ukraynanın insan haqları üzrə ombudsmanı Lyudmyla Denisova deyir ki, müharibə başlayan gündən təcavüzə məruz qalan qızların və qadınların sayı çoxdur və bunun sənədlər toplayırlar və beynəlxalq qurumlara müraciət edəcəklər.
"Buçada bir evin zirzəmisində işğal zamanı 14-24 yaş arası 25-ə yaxın qız və qadın sistematik şəkildə zorlanıb. Onlardan 9-u hazırda hamilədir".
Aynurə Xudaverdiyeva