Türkiyənin İsparta bölgəsində qadın ərini ov tüfəngi ilə öldürüb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, cinayəti törədən 42 yaşlı Emel Gür, əri Ramazan Yılmazla mübahisə etdikdən sonra onu güllələyib. Daha sonra onu təndirdə yandırıb.
Hadisə yerinə gələn jandarma və sağlamlıq qrupları Ramazan Yılmazın yanmış cəsədini evin təndirində tapıblar. Qadın qəsdən adam öldürmə cinayəti səbəbilə ömürlük həbs cəzasına məhkum edilib.
Ağarza Elçinoğlu