Aprelin 10-dan Filippinin şərqində tüğyan edən “Meqi” tropik qasırğası nəticəsində ölənlərin sayı artmaqdadır.
"Unikal" TASS-a istinadən xəbər verir ki, artıq 42 nəfərin qasırğa qurbanı olduğu dəqiqləşib.
Xatırladaq ki, dünən Beybey Siti Təbii Fəlakət Risklərinin İdarə Edilməsi İdarəsi 17 nəfərin öldüyünü, 16 nəfərin xəsarət aldığını, daha 6 nəfərin isə itkin düşdüyünü bildirmişdi.
Əlavə edək ki, Filippinin təbii fəlakət risklərin qarşısının alınması və fəlakət nəticələrinin aradan qaldırılması üzrə Milli Şurası tropik qasırğanın Filippində 139,1 mindən çox insana ziyan vurduğunu açıqlayıb.
Filippin Atmosfer, Geofizika və Astronomiya Xidmətləri İdarəsinin məlumatına görə, qasırğanın daxilində küləyin maksimal sürəti 20,8 metr/san təşkil edib.