Britaniyanın Baş naziri Boris Conson və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı baş tutub.
"Unikal" xəbər verir ki, bu barədə Conson "Twitter"də bildirib.
Conson Ukrayna səfəri və Prezident Zelenski ilə görüşünün nəticələri barədə Baydenə məlumat verib.
Conson qeyd edib ki, onlar Ukrayna Prezidenti Zelenskini və Ukrayna xalqını azadlıq uğrunda apardığı mübarizədə dəstəkləyir.