Qırğızıstan və Tacikistan sərhədçiləri arasında bir gündə ikinci atışma çərşənbə axşamı iki dövlətin sərhədində baş verib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
“2022-ci il aprelin 12-də dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində silahdan istifadə ilə bağlı təkrar insident baş verib”, - məlumatda deyilir.
Bu dəfə atışma 30 dəqiqəyə yaxın davam edib, nəticədə bir qırğız əsgəri yaralanıb.