Böyük Britaniyanın ərazilərindən biri olan Cersi Krallığı rusiyalı milyarder Roman Abramoviçin 7 milyard dollardan çox əmlakını dondurub.
"Unikal" xəbər verir ki, Krallıqdan açıqlanan bəyanatda Rusiyanın Ukraynaya hücumlarından sonra Böyük Britaniya və Avropa İttifaqının (AB) Rusiyaya qarşı sanksiyalar siyahısına əlavə etdiyi rusiyalı milyarder Roman Abramoviçin aktivlərini fəaliyyətini dayandırıb.
"Aprelin 12-də Kral Məhkəməsi Abramoviçlə əlaqədə şübhəli bilinən və dəyəri 7 milyard ABŞ dollarından çox olduğu təsbit edilən aktivlərin dondurulması ilə bağlı rəsmi qərar çıxarıb", - Cersinin Hüquq Məmurları Departamentinin bəyanatında deyilir.
"Bloomberg Billionaires Index"ə görə sərvəti 13,9 milyard dollar olan Abramoviçin nümayəndələri hələlik mövzu ilə bağlı açıqlama verməyiblər.
Gülayə Mecid