ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynada baş verənləri soyqırımı adlandırıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı "Fox News" telekanalı yayıb.
Belə ki, Tramp telekanala müsahibəsində "Ukraynada baş verənlər soyqırımıdır" , - deyə bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ preizdenti Co Bayden Rusiyanın Ukrayna ilə bağlı siyasətini soyqırımı adlandırmışdı.