Kolumbiyada təhlükəsizlik qüvvələrini daşıyan təyyarənin havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, Vanguardia hava limanından havaya qalxan DC-3 tipli təyyarə qəzaya uğraması nəticəsində 12 polis yaralanıb.
Qəza səbəbiylə hava limanının uçuş-enmə zolağı bir müddət sərnişin axınına bağlanıb.Polis rəisinin müavini Xose Ceyms Roa Kastaneda qəzanın ekspert qrupu tərəfindən araşdırıldığını bildirib.
Səlahiyyətlilər PNC-0257 qeydiyyatlı təyyarənin güclü külək səbəbindən qəzaya uğramış ola biləcəyini qiymətləndirir.