Ukrayna Silahlı Qüvvələrinin 2 helikopteri Bryansk vilayətinin Klimovo kəndinə azı altı hava zərbəsi endirib.
"Unikal" xəbər verir ki, bu barədə cümə axşamı, aprelin 14-də Rusiya İstintaq Komitəsinin "Telegram" kanalında məlumat verilib.
Məlumata görə, ağır hücum silahları ilə təchiz edilmiş Ukrayna helikopterləri qeyri-qanuni olaraq Rusiya hava məkanına daxil olaraq aşağı hündürlükdə hərəkət edərək, saat 12:30 radələrində Klimovo kəndinin Zareçnaya və Lenin küçələrindəki evlərə hücum edib.
İstintaq Komitəsi Ukrayna Silahlı Qüvvələrinin kəndi atəşə tutması nəticəsində 7 nəfərin yaralandığını bildirib.
Ağarza Elçinoğlu