NATO-nun 1-ci Daimi Dəniz Qrupunun gəmiləri Baltik dənizinə daxil olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, gəmilər müttəfiq və tərəfdaş ölkələrlə təlimlərdə iştirak edəcək.
"NATO-nun daimi dəniz çevik reaksiya qrupunun SNMG1 gəmilərinin bəziləri Baltik dənizinə daxil olub. Qalan gəmilər cümə günü Tallin limanının köhnə kruiz terminalına çatacaq. Əsas vəzifə Baltikyanı ölkələrdə müttəfiqlərin mövcudluğunu nümayiş etdirməkdir", - məlumatda deyilir.
Estoniya Hərbi Dəniz Qüvvələrinin komandanı Yuri Saskın sözlərinə görə, gələn həftə Estoniya dəniz piyadaları ilə birgə təlimlərə başlamaq planlaşdırılır.
Artıq limanda olan 3 ədəd freqat Norveçin beynəlxalq şimal sularından gəlib. Orada onlar soyuq reaksiya adlı məşqdə idilər.
Ağarza Elçinoğlu