Rusiyada son sutka ərzində 11 095 nəfər koronavirusa yoluxub.

"Unikal" xəbər verir ki, 3 minə yaxın şəxs isə xəstəxanaya yerləşdirilib.

Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 18,06 milyonu ötüb.

Eyni zamanda, son sutkada 240 nəfər həyatını itirib.

Rusiyada indiyədək koronavirusdan ölənlərin sayı 373 267 nəfərə çatıb.