Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Baş naziri Boris Consona, hökumət üzvlərinə və keçmiş Baş nazir Tereza Meyə sanksiya tətbiq edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN-in açıqlamasında deyilir.
Belə ki, Boris Consonun Rusiyaya girişinə qadağa qoyulub. Rusiya XİN Britaniya hökumətinin Rusiyaya qarşı sanksiya çağırışlarını qəbuledilməz adlandırıb.