İranda ötən sutka ərzində 23 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasından ölüb.
"Unikal" xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 140 800 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 1 015 nəfər koronavirusa yoluxub. Beləliklə, COVID-19-a yoluxanların sayı 7 205 064 nəfərə çatıb.