Ukraynanın Xerson vilayətinin Heniçesk liman şəhərində diqqətçəkən hadisə baş verib.
"Unikal" "CNN"ə istinadən xəbər verir ki, Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımın şimalındakı bölgədə çəkilən və "Facebook"da paylaşılan fotolarda Sovet İttifaqının lideri Vladimir Leninin vilayət administrasiyası binası qarşısında heykəli ucaldılıb.
Paylaşılan fotolarda Leninin heykəlinin arxasındakı binada Rusiya bayrağının dalğalandığı da görünür.
Bildirək ki, 2015-ci ildə qəbul edilən qərarla Leninin Ukraynadakı heykəlləri sökülüb. Heniçesk vilayəti Leninin heykəllərinin qaldığı son rayon kimi qeydə alınıb.
Xersonlu məşhur adlardan biri olan Yuri Sobolevski yeni heykəlin qoyulduğunu təsdiqləyib.
Gülayə Mecid