Fransanın Rusiya qazına ehtiyacı yoxdur və Rusiya qazının tədarükünə sanksiyalar tətbiq etməyə davam edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makronun bəyanatı "France 5" telekanalında yayımlanıb. 

"Avropa Rusiya qazından asılıdır, lakin Fransanın buna ehtiyacı yoxdur", - deyən Makron ölkəsinin digər bazarlardan qaz almaq üçün çalışdığını bildirib.

Fransa lideri qeyd edib ki, ölkəsi Rusiya qazının tədarükünə qarşı sanksiyaları təşviq etməkdə davam edəcək.

Ağarza Elçinoğlu