Rusiya bayrağı altında üzən "Pegas" tankeri Yunanıstanın Karystos şəhərinin yanalma məntəqəsində liman rəhbərliyi tərəfindən saxlanılıb. 

"Unikal"ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, saxlanma qərarı Aİ və NATO-nun Rusiyanın maraqlarını təmsil edən gəmilərə qarşı tətbiq etdiyi sanksiyaların icrası çərçivəsində qəbul edilib. 

Məlumata görə, gəminin göyərtəsində 19 rusiyalı dənizçi var.

Texniki zədə səbəbindən tanker yedəklə Peloponnes yarımadasına aparılıb, orada neft başqa tankerə doldurulmalı idi, lakin əlverişsiz hava şəraiti səbəbindən gəmi Karystos ərazisində lövbər salıb. Qeyd edilir ki, saxlanılma yalnız gəmiyə aiddir, onun yükünə aid deyil.

Ağarza Elçinoğlu