Rusiya ordusu Ukraynanın təmir bazasını hərbi texnikalarla birgə ələ keçirib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yayımladığı videoda qeyd olunur. 

"Rusiya Federasiyası Silahlı Qüvvələrinin bölmələri Ukrayna Silahlı Qüvvələrinin texnikasının saxlanması və təmiri bazasını nəzarətə götürüb. Təmir bazasının ərazisində çoxlu sayda müxtəlif təyinatlı hava hücumundan müdafiə sistemləri, onlar üçün, həmçinin radiolokasiya stansiyaları üçün ehtiyat hissələri və sursatlar var", - idarədən qeyd edilib.

Bildirilib ki, bazada ümumilikdə yüzə yaxın müxtəlif hərbi texnika var.

Ağarza Elçinoğlu