BMT-nin baş katibi Antonio Quterreş Rusiyaya gedib.

"Unikal" xəbər verir ki, Quterreş Rusiyaya səfəri zamanı Lavrovla birgə mətbuat konfransı keçirib. 

Quterreş Mariupolda insanların həyatını xilas etmək üçün BMT-nin resurslarından tam istifadə etməyə hazır olduğunu bildirib və “humanitar kommunikasiya qrupu”nun yaradılmasını tövsiyə edib.

O, Ukraynada mümkün hərbi cinayətlərlə bağlı narahatlığını ifadə edərək, geniş müstəqil araşdırmaya ehtiyac olduğunu bildirib. 

Gülayə  Mecid