"Ukraynada yaşayan xalqları indi yalnız millətçi batalyonların vəhşiliklərinin qorxusu birləşdirir, ona görə də Qərbin və onun nəzarəti altında olan Kiyev rejiminin siyasətinin nəticəsi yalnız bu ölkənin bir neçə dövlətə parçalanması ola bilər".

"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib. 

"Rusiyanı sıxışdırmağa cəhd edən amerikalılar Kiyevdəki himayədarlarından istifadə edərək, ölkəmiz üçün antipod yaratmaq qərarına gəldilər, bunun üçün Ukraynanı seçdilər, mahiyyətcə tək bir xalqı parçalamağa çalışdılar", -Patruşev müsahibəsində deyib. 

Ağarza Elçinoğlu