Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş sabah Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.

"Unikal" xəbər verir ki, bu  barədə BMT-nin Mətbuat xidməti məlumat yayıb. 

"Quterreş Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı müharibəni müzakirə etdikdən sonra Kiyevə səfər edəcək", - məlumatda deyilir.  

Polşa üzərindən Kiyevə gedəcək Quterreş Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və prezident Zelenski ilə görüşəcək.

BMT həmçinin bəyanatında Quterreşin Moskvaya səfəri zamanı Rusiya ilə Mariupol bölgəsindəki Azovstal zavodundan mülki əhalinin təxliyəsi barədə razılığa gəldiyini açıqlayıb. 

Gülayə  Mecid