Gəncə şəhərində avtobus sürücüsü sükan arxasında ölüb.
"Unikal"-ın məlumatına görə hadisə bu gün axşam saatlarında şəhərin Şah İsmayıl Xətai prospekti qeydə alınıb.
Prospektlə hərəkətdə olan 9 nömrəli xətti üzrə hərəkət edən marşrut avtobusunun sürücüsü, 1958-ci il təvəllüdlü İlqar Orucov sükan arxasında dünyasını dəyişib. Özünü narahat hiss edən sürücü avtobusu saxlaya bilib. İlkin məlumata görə, o, infarkt (ürək tutmasından) keçirib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov