İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı etiraz aksiyası keçirilib.

"Unikal" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, etirazçılar Respublika meydanına üzərinə Nikol Paşinyanın fotosu və 8.05.2018 tarixi yazılan toyuqlar buraxıblar. Belə ki, sözügedən tarixdə Paşinyan ölkənin Baş naziri seçilib. Toyuq qorxaqlıq simvolu olduğundan etirazçılar belə bir qərara gəliblər.

Toyuqları meydana gətirən şəxs saxlanılıb.