Somalidə hərbi konvoyun keçidi zamanı baş vermiş partlayış nəticəsində 10 hərbçi həlak olub.

"Unikal" xəbər verir ki, partlayış paytaxt Moqadişodan 40 kilometr məsafədə yerləşən Balad şəhərində törədilib.

Hadisə ilə əlaqədar məsuliyyəti "Əş-Şabab" terror təşkilatı öz üzərinə götürüb.

Qeyd olunur ki, ölkədə planlaşdırılan prezident seçkiləri ərəfəsində rəsmi şəxslərə qarşı hücmların sayı artıb.