Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT baş katibi Antoniu Quterreş arasında telefon danışığı olub.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Quterreş Rusiya və Ukrayna səfərləri barədə Türkiyə liderini məlumatlandırıb.
Həmçinin, Ukraynaya humanitar yardımların çatdırılması, Mariupoldan dinc əhalinin təxliyəsi barədə müzakirələr aparılıb.