Ukraynanın Xarkov vilayətində bir sıra yaşayış məntəqələri azad edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilir ki, Verxnaya Roqanka, Russkaya Lozova, Slobodskoya və Prilesnoye yaşayış məntəqələrinə nəzarət bərpa edilib.