Ermənistan polisi İrəvanda etiraz aksiyası keçirən 244 nəfəri saxlayıb.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanının mətbuat xidmətindən bildirilib.

Saxlanılanlar polisin qanuni tələblərinə tabe olmamaqda ittiham edilir.

***11:10

İrəvanın mərkəzində Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyasında 125 nəfər saxlanılıb.

"Unikal" xəbər verir ki, aksiyaçılar İnzibati Xətalar Məcəlləsinin 182-ci (polisin qanuni tələblərinə tabe olmamaqla) maddəsi ilə saxlanılıb.

***19:28

İrəvanın mərkəzində mitinq iştirakçıları yolu zibil qutuları ilə bağlayıb və çadırlar qurublar.

"Unikal"ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, kütləvi mitinq Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilir. 

İcevan və Tiqranaşen şəhərlərindən müxalifətçilərin kolonları orada iştirak etmək üçün İrəvana gəliblər.

xxx

18:29

Ermənistanda müxalifət qüvvələrinin təşəbbüsü ilə mitinq keçirilir. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Fransa meydanında keçirilən aksiyalarda etirazçılar çadırlar qurmağa başlayıb. 

"Bu gündən bu meydan xalqındır, bundan sonra Ermənistanda hakimiyyət xalqındır. Biz burada çadırlar quracağıq ki, gecələyə bilək", - İşxan Saqatelyan deyib. 

Polis etirazçılara gecə qalmaq üçün çadır gətirməyə imkan verməməyə çalışır.

Qeyd edək ki, sabah Ermənistanda kütləvi etirazların yeni dalğasının başlanacağı gözlənilir. 

Ağarza Elçinoğlu