İspaniyada baş nazir Pedro Sançes və müdafiə naziri Marqarita Roblesin cib telefonlarının "Pegasus" casus proqram proqramı ilə dinlənildiyi açıqlanıb.

"Unikal" xarici KİV-ə istinadən  xəbər verir  ki,  hökumət sözçüsü İzabel Rodriges Milli Kriptologiya Mərkəzindən əldə etdiyi məlumata görə, Sançes və Roblesin mobil telefonlarının "qanunsuz və xarici ekstremistlər tərəfindən" dinlənildiyini bildirib. 

Sançesin telefonunun 2021-ci ilin may ayında iki dəfə, Roblesin telefonunun isə 2021-ci ilin iyununda bir dəfə dinlənildiyini ifadə edən sözçü, "Bunlar sübut edilmiş və son dərəcə ciddi faktlardır. Bu, dövlət qurumlarından kənarda və qeyri-hüquqi sahələrdə müdaxilələrin olduğunu təsdiqləyir", - deyə ifadə edib.