Danimarka xarici işlər naziri Jeppe Kofod İrpinə səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba "Twitter"də paylaşıəm edib.
"Jeppe Kofodun Ukraynaya səfərinə İrpini ziyarət etməklə başladıq. Rusiya ordusu burada və Kiyev vilayətinin digər şəhərlərində ağlasığmaz vəhşiliklər törədib. Danimarkalı dostum hər şeyi öz gözləri ilə gördü. Biz bunu tördənlərin məsuliyyətə cəlb edilməsinə sadiqik", - Kuleba bildirib.
Horrible to witness the destructions here in the suburbs of Kyiv. Denmark firmly supports the work to investigate and prosecute those responsible of these attacks. #ICC #Slavaukraini #dkpol pic.twitter.com/9NS9LUMNvD
— Jeppe Kofod (@JeppeKofod) May 2, 2022