ABŞ səfirliyinin əməkdaşları Ukraynada fəaliyyətini bərpa etmək məqsədilə Lvov şəhərinə qayıdıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Krinstin Kvin bildirib.
Qeyd edək ki, Rusiyanın hərbi müdaxiləsindən sonra ABŞ səfirliyini Kiyevdən Ukraynanın qərbindəki Lvov şəhərinə, oradan isə Polşaya köçürmüşdü.