Ukraynanın Nikolayev şəhərində partlayış səsləri eşidilir.

"Unikal" xəbər verir ki, bu barədə Nikolayev şəhərinin meri Aleksandr Senkeviç məlumat verib.

"Nikolayevdə partlayış səsləri eşidilir. Dostlar, sığınacaqlarda qalın! Heç bir halda pəncərələrin yanında dayanmayın. foto və videolar dərc etməyin", - o deyib.

Senkeviç əlavə edib ki, səlahiyyətlilər daha sonra rəsmi məlumat verəcəklər.